...

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın qeyri-bank kredit təşkilatlarının maliyyələşdirilməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2005 18:33 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) öz əməliyyatlarını maliyyə sektorunda da genişləndirməyə hazırdır. AYİB-in kiçik biznes üzrə qrupunun direktoru Çikako Kunonun Trend ə verdiyi məlumata görə, 2006-cı ildə bank kiçik və mikro- maliyyələşdirmə proqramı (MSE) üzrə Azərbaycanın qeyri-bank kredit təşkilatları ilə əməkdaşlığa başlamağa hazırdır.

"Bununla yanaşı, bir neçə bank da maliyyə alacaq ", - deyə Ç.Kuno bildirib.

AYİB-in Azərbaycandakı nümayəndəsi Reymond Konveyin sözlərinə görə, 2006-cı ildə AYİB kiçik və orta müəssisələrin (SME) MSE maliyyələşməsi, təkrar maliyyələşməsi, ticarət maliyyələşməsinə və yerli bankların kapitalına investisiyaların qoyulması üzrə Azərbaycanda portfelini iki dəfə artırmağa çalışır.

"Hələlik bu portfel $40 mln qiymətləndirilir və yerli maliyyə idarələrinin kapitalının artması onların AYİB-dən maliyyələşməyə cəlb etmək qabiliyyətini artıracaq ", - deyə R.Konvey bildirib.

Hələlik MSE-nin yeni proqramları və yenidən maliyyələşmə üzrə bank $10 milyonluq razılaşma imzalayıb: MSE üzrə 3 bank ümumilikdə $5 mln, lakin təkrar maliyyələşdirmə üzrə isə 1 bank analoji kredit alıb.

Xəbər lenti

Xəbər lenti