...

Pul hərracları vasitəsilə özəlləşdirmədən və birgə müəssisələrin dövlət payının satışından dövlət büdcəsinə cəmisi 66,3 milyon AZN daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2006 15:18 (UTC +04:00)

2005-ci il ərzində 52 pul hərracı keçirilib və nəticədə 100-dən artıq səhmdar cəmiyyətin səhmləri satılıb. Trend Dövlət Əmlak Komitəsinin yaydığı press-relizə istinadən verdiyi məloumata görə, bu dövrdə pul hərracları vasitəsilə özəlləşdirmədən dövlət büdcəsinə 25,3 mlrd manat (5,1 mln AZN) daxil olub.

Azərbaycanda özəlləşdirmə prosesinin başladığı vaxtdan və 2006-cı il yanvarın 1-dən 342 pul və 89 çek hərracı nəticəsində 1 400 -dən artıq səhmdar cəmiyyətin səhmləri reallaşdırılıb.

Ümumilikdə, özəlləşdirmə dövründə dövlət müəssisələrinin bazasında 1500-dən artıq səhmdar cəmiyyət yaradılıb. Ümumilikdə, SC-in səhmlərinin və birgə müəssisələrdə dövlət paylarının satışından dövlət büdcəsinə 331,3 mlrd manat (66,3 mln AZN) keçirilib.

Özəlləşdirmə dövründə əmək kollektivinin özəlləşdirmə prosesində iştirak etməsinə böyük rol ayrılır. Dövlət əmlakının özəlləşdirilməsinə başlanandan bəri 1400-dən artıq SC əmək kollektivi üçün güzəştli satışlar keçirilib.

Press-relizdə bildirildiyi kimi, ilk ümumi toplantının keçirilməsi üzrə işlər sürətləndirilib. Maarifləndirmə işləri və tövsiyyələr nəticəsində 70-dən artıq səhmdar cəmiyyətdə toplantılar keçirilib.

Xəbər lenti

Xəbər lenti