Öz danışıq haqlarını "AzərDəmiryolBank"ın filiallarında ödəmiş daha 3 Azercell abunəçisi 40 AZN-dən 100 AZN-ə qədər məbləğdə pulsuz danışıq imkanı əldə edib.
"AzərDəmiryolBank" SB tərəfindən aprelin 17-də keçirilmiş "Uduşlu Ödənişlər" lotereyasının 18-ci oyununun nəticələrinə görə 1-ci yer - Ağayev I. (ödəniş Bakı filialında həyata keçirilmişdir), 2-ci yer - Mikayılova S. (Sumqayıt filialı) və 3-cü yer - Əliyev Ş. (Lənkəran filialı) qalib olmuşlar.
Trend in verdiyi məlumata görə, qaliblər mükafat olaraq 100 AZN (500 min manat), 60 AZN (300 min manat) və 40 AZN (200 min manat) Azercell "Ödəmə Kartı"ları qazanıblar.
"AzərDəmiryolBank" SB tərəfindən keçirilən lotereyanın şərtlərinə görə, "AzərDəmiryolBank"ın filiallarının birində ən azı 10 AZN (50 min manat) məbləğində danışıq haqqı ödəmiş istənilən Azercell abunəçisi avtomatik olaraq lotereyanın iştirakçısına çevrilir.