...

Azərbaycanlı mütəxəssislər İCARDA treninqlərində iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2006 12:47 (UTC +04:00)

Azərbaycanlı mütəxəssislər quraq rayonlarda kənd təsərrüfatı araşdırmaları üzrə beynəlxalq mərkəz (ICARDA-International Center for Agricultural Research in the Dry Areas) və International Water Management Institute tərəfindən təşkil olunacaq treninqlərdə iştirak edəcək. Kənd Təsərrüfatı Nazirliyinin elmi-aqrar mərkəzindən Trend ə verilən məlumata görə, treninqlərdə İCARDA və Azərbaycan arasında əməkdaşlıq proqramı çərçivəsində mərkəzin tabeliyində olan elmi-tədqiqat institutlarından 4 mütəxəssis iştirak edəcək.

Treninqin mövzusu "Bioloji üsullarla şoran torpaqların yaxşılaşdırılması"dır. Tədbir mayın 13-22-də Daşkənddə keçiriləcək.

Treninqlərdə, həmçinin, Orta Asiya və Zaqafqaziya ölkələrindən də mütəxəssislərin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti