...

Caspian Oil & Gas 2006 sərgisində bir sıra ölkələrin neft-qaz sənayesi həmkarlar ittifaqları iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2006 12:57 (UTC +04:00)

Bakıda iyunun 6-9-da keçiriləcək Caspian Oil & Gas 2006 sərgisində bir sıra ölkənin neft-qaz sahəsindəki həmkarlar ittifaqları iştirak edəcək. Neft və Qaz Sənayesi İşçilərinin Respublika Həmkarlar İttifaqı Komitəsinin (NQSİRHİK) sədri Cahangir Əliyevin Trend ə bildirdiyinə görə, Türkiyə, Rusiya, Belçika, Norvec və sair ölkələrdən olan həmkarlar ittifaqları nümayəndələrinin iştirak gözlənilir.

Komitənin özü sərgidə birinci dəfə iştirak edəcək. Sərgi Kimya və Dağ-mədən Sənayesi, Energetika və Digər Sahə İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqları Federasiyasının (ICEM - International Federation of Chemical, Energy, Mine and General Workers' Unions) himayəsi altında keçiriləcək.

Sərgi sahəsinin 85%-dən çoxu artıq təxsis edilib. Sərgidə 30 ölkədən təxminən 350 şirkətin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti