...

Azərbaycan və Almaniya texniki əməkdaşlıq barədə saziş imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2006 16:19 (UTC +04:00)

Bu gün İqtisadi İnkişaf Nazirliyi (İİR) və Almaniya höküməti arasında Texniki əməkdaşlıq barədə Saziş imzalanıb. Trend in nazirliyin press-relizinə istinadən verdiyi xəbərə görə, saziş "Özəl sektorun inkişafına yardım", "Hüquqi və məhkəmə islahatlarına yardım", "Texniki əməkdaşlıq üçün araşdırmalar və mütəxəssis fondu" adlı layihələri əhatə edir.

Azərbaycan tərəfindən sənədi iqtisadi inkişaf naziri Heydər Babayev, Almaniya tərəfdən isə Almaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Detlef Linqeman imzalayıb.

Almaniya hökümətinin maliyyə dəstəyi ilə Azərbaycanda özəl sektorun inkişafına yardım, hüquqi və məhkəmə sistemindəki islahatlar, mütəxəssislərin hazırlıq səviyyəsinin artırılması və araşdırmaların aparılmasına texniki yardımın göstərilməsi üzrə layihələr artıq həyata keçirilib. Bu layihələrin effektivliyini nəzərə alaraq, onların davam etdirilməsi barədə razılıq əldə olunub. Onların həyata keçirilməsi üçün maliyyə yardımının həcmi 5 milyon avro təşkil edir. Bu zaman özəl layihəyə 3,15 milyon avro, məhkəmə layihəsinə - 1,15 milyon avro, üçüncü layihəyə isə 700 min avro ayrılıb.

Razılaşmaya əsasən, hökümət layihə çərçivəsində əldə olunan malları lisenziyalaşmadan, gömrük və başqa dövlət rüsumlarından azad edəcək. Bundan başqa, layihə icraçısı- Almaniya texniki yardım cəmiyyəti (GTZ) maliyyə müqavilələrinin bağlanması və icrası halında bütün vergi və rüsumlardan (o cümlədən, ƏDV) azad edilir.

"Hüquqi və məhkəmə islahatlarına yardım" layihəsinin icrası üzrə tərəf müqabili Ədliyyə Nazirliyi, iki başqa layihə üzrə isə İqtisadi İnkişaf Nazirliyidir.

Xəbər lenti

Xəbər lenti