...

Qazaxıstan Hesablama Komitəsi nümayəndə heyətininin Bakıya səfəri başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2006 20:13 (UTC +04:00)

Qazaxıstan Hesablama Komitəsinin sədri Omarxan Oksikbayevın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya ikigünlük səfəri başa çatıb. Bu barədə Trend ə Azərbaycan Hesablama Palatasından xəbər veriblər.

Səfər zamanı tərəflər "Əməkdaşlıq haqqında" saziş bağlayıb. Sazişin əsas hissəsi Xəzərin bioehtiyatları və nərə balıqlarının mühafizə və rasional istifadəsinə yönəldilmiş vəsaitlərin istifadə səmərəliyinin auditi ilə bağlıdır.

Auditi ilin sonuna qədər başa çatdırmaq planlaşdırılır.

O.Oksikbayev Milli Məclisin spiker müavini Bahar Muradova tərəfindən də qəbul olunub. Görüşlər zamanı gələcək əməkdaşlığın perspektivləri, iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin genişləndirilməsi yolları müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti