...

"Krasnoye Sormovo" Xəzər Dəniz Gəmiçiliynə "Koroğlu" tankerini təhvil verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2006 16:39 (UTC +04:00)

MNP Qrupuna daxil olan "Krasnoye Sormovo" zavodu Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə "Koroğlu" adlı 4-cu neft tankerini təhvil verib. Təhvil-təslim aktı bu gün zavodda imzalanıb. Bu barədə Trend MNP Qurupunun yaydığı məlumata istinadən xəbər verir.

Bu, 2002-ci ilin oktyabrında zavodla imzalanmış müqavilə çərçivəsində hazırlanmış 19619 layihəsi əsasında hazırlanmış 4-cü tankerdir. Əsas gəmi - "Prezident Heydər Əliyev" sifarişçiyə 2004-cü ilin sentyabrında, "Babək" - 2004-cü ilin noyabrında, "Şah İsmail Xətayi" - ötən ilin oktyabrında təhvil verilib. 5-ci tanker - "Dədə Qorqud" 2006-cı il mayın sonunda suya buraxılıb.

Bu layihə əsasında hazırlanmış tankerlər "çay-dəniz" sinfinə aiddir, 12 yük və 1 durulducu tanka, eləcə də ballast bölməsinə malikdir. Göyərtənin uzunluğu - 152 m, eni - 17,30 m, hündürlüyü- 10,5 m, suda oturma dərəcəsi - 6,99 m, tam yüklə sürəti - 10 dəniz milidir. Tankerin tutumu - 13 min tondur.

Gəmi müxtəlif hava şəraittində, mülayim-soyuq dəniz iqliminə malik rayonlarda işləyə bilər, xam neft və net məhsullarının daşınması üçün nəzərdə tutulub, buxarların alışma dərəcəsi 60-S-dan azdır. Bir reysdə bir neçə neft məhsulunun daşınması mümkündür.

Xəbər lenti

Xəbər lenti