...

Azərbaycanın Vergilər Nazirliyi 6610 obyektdə kassa aparatlarının istifadəsi ilə bağlı pozuntu aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2006 15:21 (UTC +04:00)

Azərbaycanın Vergilər Nazirliyi geniş miqyaslı operativ nəzarət tədbirləri çərçivəsində 19 400 obyektdə reydlər keçirib.

Trend in Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin məlumatına istinadən xəbər verdiyi kimi, 6610 obyektdə qanunvericilyin pozulması faktı aşkar edilib. Nəticədə bu obyektlərə 618,09 min manat məbləğində inzibati cərimə tətbiq edilib.

Bakıda vergi reydləri nəzarət-kassa aparatlarından istifadəyə və vurulmuş kassa çeklərinin alıcılara təqdim edilməsinə, yəni əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarət məqsədilə aparılır.

Xəbər lenti

Xəbər lenti