...

Əmək Nazirliyi Azərbaycanın bir sıra regionlarında əmək yarmarkaları keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2006 10:49 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda əmək yarmarkalarının keçirilməsini davam etdirir. Nazirliyin Baş Məşğulluq İdarəsindən Trend ə verilən məlumata görə, növbəti tədbirlər avqustun 10-da Goranboyda, avqustun 17-də Masallı, Lənkəran, İsmayıllı və Siyəzəndə, avqustun 18-də isə Şəmkirdə keçiriləcək.

İndiyədək nazirlik tərəfindən ölkənin müxtəlif regionlarında, o cümlədən Naxçıvan MR-də 10-dan çox yarmarka keçirilib və 900-dən çox adam işə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti