...

Azərbaycanın vergi orqanları 7 ayın proqnozunu 103,7% yerinə yetirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2006 13:50 (UTC +04:00)

Trend-i buradan izləyin

Vergilər Nazirliyinin ilkin məlumatlarına görə, 2006-cı ilin 7 ayı üçün vergi daxilolmaları üzrə proqnoz 103,7% yerinə yetirilib və dövlət büdcəsinə proqnozlaşdırılmış 1401,1 mln. manat əvəzinə 1453,1 mln. manat keçirilib. Trend in nazirliyin press-relizinə istinadən verdiyi xəbərə görə, 2005-ci ilin analoji dövrü ilə müqayisədə dövlət büdcəsinə daxilolmalar 685,9 mln. manat və ya 89,4% artıb.

İyul ayı ərzində vergi daxilolmaları faktiki həcmi proqnozu ötüb. Nəticədə xəzinəyə proqnozlaşdırılmış 415,5 mln. manat əvəzinə 426,1 mln. manat keçirilib. Bu isə nəzərdə tutulmuş həcmdən 2,6% çoxdur.

Xəbər lenti

Xəbər lenti