...

BBVB 13 illik fəaliyyətində ilk dəfə valyuta hərraclarının həcminə görə rekord vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2006 19:20 (UTC +04:00)

Bu gün Bakı Banklararası Valyuta Birjasının "BEST" elektron ticarət sistemində bağlanılan əqdlərin həcmi ilk dəfə 71.766 milyon manat və yaxud 80.9 milyon ABŞ dolları təşkil edib.

Trend xəbər verir ki, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsindəki həcmlər yenidən birjanın 13 illik fəalliyət dövrü ərzində tarixi maksimuma çatıb.

Elektron hərraclarda 8 bank arası 6 əqd qeydə alınıb. Səhər və gündüz sessiyaların ümumi nəticəsində isə Azərbaycan manatının məzənnəsi hər ABŞ dollarına görə 0.9976-dan 0.8871-dək artıb.

Cari ayın əvvəlindən BBVB-nin valyuta bölməsində aparılan elektron ticarətin həcmi dollar ekvivalentində 115 milyon təşkil edib, bu da ötən aydakı həcm göstəricilərinin 92.4%-nə bərabərdir. Ümumi hesabda isə BEST sistemində bu ilin əvvəlindən toplam həcmi 690 milyon ABŞ dollarına yaxın 600-ə qədər valyuta əqdi bağlanıb və bu öz növbəsində valyuta bölməsinin ötən ilki göstəricilərinin 85%-ni təşkil edir.

BEST sistemində həcm göstəricilərin qalxaması birbaşa olaraq xarici valyutanın satışı və valyuta bazarının birja seqmentində manat likvidliyinin artması ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti