...

İnterpol üzvü olan ölkələrdə 34 oğurluq avtomobilin yeri müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2006 13:31 (UTC +04:00)

"İnterpol"un Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 34 oğurluq avtomaşının yeri müəyyənləşib. Bu barədə Trend ə "İnterpol"un Azərbaycandakı Milli Mərkəzi Bürosundan məlumat verilib.

Həmin avtomaşınlardan 3-ü Almaniyada, 20-si Yaponiyada, 2-si İtaliyada, 3-ü Fransada, 3-ü Türkiyədə, 2-si Bolqarıstanda, 1-i isə İsveçdə aşkar edilib.

Yeri müəyyəş edilmiş avtomaşınların Azərbaycana gətirilməsi ilə əlaqədar tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti