...

"Bank of Baku"-nun "100 manata Accent" lotoreyasının ilk qalibi müəyyən olundu

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2006 12:29 (UTC +04:00)

2006-cı il sentyabrın 8-də saat 21:30-da SPACE TV-nin canlı efirində "Bank of Baku" "100 manata Accent" adlı depozit kampaniyasında oynanılan "Hyundai Accent" avtomobilinin 1-ci qalibini müəyyən etdi. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

"Hyundai Accent" avtomobilinin 1-ci xöşbəxt sahibi Dağlıq Qarabağ müharibəsinin veteranı, 109517 saylı kuponun sahibi H.F.Zeynalov oldu.

Uduş prosesinin obyektivliyini təmin etmək məqsədilə bank tərəfindən Trend Analitik - İnformasiya Agentliyi, "Consulting&Business" jurnalı, Azərbaycan Marketinq Cəmiyyəti və "Alman-Azərbaycan" Fondunun nümayəndələrindən ibarət komissiya təşkil olunub.

Tədbirin sonunda bankın nümayəndəsi 2-ci uduşun oktyabr ayının 6-sı 21:30-da SPACE TI-nin canlı efirində keçiriləcəyi barədə əmanətçilərə məlumat verib.

Xatırladaq ki, kampaniyanın uduş fondu 3 ədəd Hyundai Accent avtomobilindən ibarətdir. Onlardan biri artıq öz xoşbəxt sahibini tapıb.

Xəbər lenti

Xəbər lenti