...

Azərbaycanda "quş qripi"nin qarşısının alınması üzrə monitorinq başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2006 14:28 (UTC +04:00)

Oktyabrın 25-də Azərbaycanda "quş qripi"nin qarşısının alınması üzrə növbəti monitorinq başlayıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Trend ə verilən məlumata görə, monitorinq bir həftə davam edəcək.

Monitorinq ölkənin Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Ovçular Cəmiyyəti, Zoologiya institutu və Baytarlıq Xidmətinin mütəxəssislərindən ibarət komissiya tərəfindən aparılır.

Əvvəlki monitorinq sentyabrın sonunda aparılıb. Bu monitorinq zamanı ölkə ərazisində xəstəlik aşkar olunmayıb. Ekspertizaya müxtəlif quşçuluq müəssisələri və fərdi təsərrüfatlardan götürülmüş 43 çöl quşu və 3374 baş ev quşunun qan nümunələri və patoloji materiallar çıxarılmışdır.

Xəbər lenti

Xəbər lenti