Aqrar sektorda sığortanın inkişafı üçün Azərbaycan Maliyyə Nazirliyi və TIKA proqramının Bakı koordinatorunun təşəbbüsü ilə oktyabrın 30-da dördgünlük seminarlar öz işinə başlayıb. Trend in Maliyyə Nazirliyinə istinadən xəbər verdiyi kimi, seminarlar Türkiyə xəzinədarlığının sığorta nəzarəti idarəsi mütəxəssislərinin iştirakı ilə keçiriləcək. Seminarda kənd təsərrüfatı məhsullarının sığortalanmasında dövlətin rolu nəzərtdən keçiriləcək.
Seminarlar Memarlıq və İnşaat Universitetində keçirilir.