...

AYİB-in Bakı ofisinə yeni rəhbər təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2006 19:00 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişvaf Bankının (AYİB) Bakı ofisinə yeni rəhbər təyin olunub. Bu ilin dekabrından hazırkı rəhbər Reymond Konveyi Aygen Yayikoğlu əvəz edəcək. Trend -in məlumatına görə, bunu bankın nümayəndə heyəti Azərbaycanın Milli Bankı idarə heyyətinin sədri Elman Rüstəmovla görüş zamanı bildirib.

Görüşdə Cənubi və Şərqi Avropa üzrə bankın direktoru Olivye Deskamps, AYİB prezidentinin siyasi məsələlər üzrə yardımçısı Mahir Babayev, Azərbaycan üzrə bankın direktoru Maykl Deyvi və AYİB-in Bakı ofisinin rəhbəri Reymond Konvey iştirak ediblər.

Görüş zamanı Azərbaycanda makro iqtisadi stabillik sferasında, iqtisadi inkişaf, bank sahəsində, eyni zamanda AYİB-lə əməkdaşlığın perspektivləri naminə həyata keçirilən islahatlar üzrə müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti