...

QKDK Azərbaycan Beynəlxalq Bankının emissiya prospektini qeydiyyata alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2006 17:31 (UTC +04:00)

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nın sadə adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bakı Fond Birjasının məlumatına istinadən Trend məlumat verir ki, emissiyanın həcmi bir səhmin nominal məbləği 0,20 AZN olmaqla emissiyanın həcmi 60 milyon AZN-dir.

Emissiya prospektinə müvafiq olaraq, paylaşdırma Birja Fondunda açıq imza üsulu ilə keçiriləcək. Səhmlərin paylaşdırılmasında anderrayter rolunda "International Transaction Systems" çıxış edəcək. Səhmlərin emissiya prospektinə əsasən, emitentin səhmdarları nizamnamə kapitalında paylarına mütənasib miqdarda, yerləşdirilən səhmləri əldə etməkdə 10 ay ərzində üstünlük hüququna malikdirlər. Səhmlərin paylaşdırılması tarixi emitent tərəfindən müəyyən ediləcək.

Hazırda bankın ödənilən kapitalı 40 milyon manat təşkil edir. Lakin nizamnaməyə uyğun olaraq ABB-nın kapitalında dövlətin payı 50,2%-dir.

Bu yaxınlarda maliyyə naziri Samir Şərifov ABB-nın kapitallaşdırılmasında hökümətin planlarını şərh edərkən, hazırda onun nizamnamə kapitalını artırmaq üçün kəskin ehtiyac olduğunu deyib. Bununla bağlı olaraq, bankın aktivləri (hazırda 1,5 milyard manatı ötüb) və kredit portfeli çox böyükdür, ABB-nın öz kapitalı proporsional olmayaraq aşağıdır. Kapitalın adekvatlıq üzrə beynəlxalq standardlara müvafiq olaraq bankda müəyyən uyğunsuzluq yaranır. S.Şərifov hesab edir ki, bu uyğunsuzluq bankın imicinə təsir edir. Bu, bankdan asılı deyil, belə ki, dövlət beynəlxalq Bankın ən böyük səhmdarıdır.

Xəbər lenti

Xəbər lenti