Azərbaycan hökuməti Hacıbulaqdan Gürcüstan sərhədinə kimi avtomagistralın iki zolaqlı xəttdən dörd zolaqlı xəttə qədər genişləndirilməsi layihəsinin maliyyə mənbələri ilə bağlı məsələni qəti şəkildə həll edib.
Ölkənin Nazirlər Kabinetindən Trend ə verilən məlumata deyilir ki, yolun bir hissəsi Fransanın "BNP Paribas", digər hissəsi isə Koreyanın "Woori Bank" bankı tərəfindən maliyyələşəcək.
"BNP Paribas" Yaponiyanın "JBIC" Benynəlxalq Əməkdaşlıq Bankının təminatı altında və Yaponiyanın "Nexy" agentliyinin sığortası ilə 450 mln. kredit ayırmağı planlaşdırır. Bankın krediti təqdim etmə şərtləri: 10il güzəşt dövrü (tikinti mərhələsi+6 ay) və libor+ marja üzrə (bütün ödənişlər nəzərə alınmaqla 1,6-1,7%).
Nazirlər kibinetindən bildiriblər: "Bu şərtlər ölkə üçün çox əlverişlidir. Belə ki, "BNP Paribas" Azərbaycan üçün eksklüziv şərtlər hazırlayıb. Bununla belə, hökumət danışıqlar prosesində kredit şərtlərini bir qədər də yumşatlmağa və ya dəyişməyə çalışacaq".
"BNP Paribas" kreditin təşkilatçısı kimi çıxış edir və maliyyələşmədə digər kreditorla birgə iştirak etmək fikrindədir.
Həmin vəsait Hacıbulaqdan Yevlaxa qədər (184,8 kim uzunluqdu) və Qazaxdan Gürcüstan sərhədinə qədər (38 km) sahənin maliyyəlşməsinə yönəldiləcək.
Maliyyələşmənin qalan hissəsini "Woori Bank" təmin edəcək, bu bank təxminən 150-200 mln. dollar ayırmaq fikrindədir. Koreya bankının krediti 3 il güzəştli dövr və libor + marja üzrə (1%-dən bir qədər çox) 15 illik nəzərdə tutulub ki, bu da ölkə üçün əlverişli sayılır.
Razılaşmaların yekunlaşması 2007-ci il üçün planlaşdırılır.