...

Azərbaycan "quş qripi" ilə mübarizə çərçivəsində DB-dən yardım alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2006 19:47 (UTC +04:00)

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət baytarlıq xidməti "quş qripi" virusu ilə mübarizə çərçivəsində lazımi avadanlıq və preparatların siyahısını Dünya bankına təqdim edib. Trend xəbər verir ki, bu barədə Dövlət xidmətinin başçısı İsmayıl Həsənov məlumat verib.

Onun sözlərinə görə, 2007-ci ildə DB bu tədbirlər çərçivəsində 3,560 mln. SDR ayıracaq. 2006- cı ildə hökümət tərəfindən bu tədbirlərə 2,4 mln. manat ayrılıb. Bu vəsaitlər avtomaşınların, lazımi avadanlığın, xüsusi geyimin alınmasına sərf olunub. Alınmış avadanlıqlar ölkənin regional baytarlıq orqanları arasında paylaşdırılıb.

"Bu tədbirlər çərçivəsində, məsələn FAO kimi beynəlxalq təşkilatlar bizə yardım göstərir. Bu yaxınlarda Yaponiya səfirliyi bizə laboratoriya avadanlıqları verib", - deyə dövlət xidmətinin başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti