...

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi şimal regionlarında kənd təsərrüfatı yarmarkalarının keçirilməsini planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2006 16:09 (UTC +04:00)

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi müvafiq strukturlarla birgə respublikanın şimal regionlarındamüxtəlif kənd təsərrüfatı məhsullarının realizəsi üzrə yarmarkaların keçirilməsini planlaşdırır.

İntisadi inkişaf naziri Heydər Babayevin sözlərinə istinadən Trend xəbər verir ki, bu gün şimal regionlarında kənd təsərrüfatı məhsullarının qiyməti paytaxtdakı qiymətlərdən artıqdır.

Yarmarkaların keçirilməsində məqsəd qiymət artımının müəyyən dərəcədə qarşısını almaqdır. Bu istiqamətdə hazırda yerli icra hakimiyyətləri ilə birgə iş aparılır. Bu yarmarkalara şimal regionlarında fəaliyyət göstərən istehsalçıların cəlb edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti