...

2006-cı ildə BBVB-də kredit razılaşmalarının həcmi 2005-ci ilin göstəricilərini keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2007 16:39 (UTC +04:00)

2006-cı ildə Bakı Banklararası Valyuta Birjasının kredit bölməsində ümumi məbləği 32,994 milyon manat həcmində 72 sövdələşmə qeydiyyata alınıb. Trend in birjanın cümə axşamı yayılmış press-relizinə istinadən verdiyi məlumata görə, göstərilən həcmin 47,3%-dən çoxu AZN-lə verilən banklararası kreditlərin payına düşür.

Bütünlükdə ötən il razılaşmaların sayı 2005-ci ilin analoji göstəricilərinə nisbətən 3,4 dəfə yüksəkdir. BEST ticarət sistemi çərçivəsində fəaliyyət gösətərən mütəşəkkil banklararası kredit bazarında (BKB) bankların cəlb etdiyi vəsaitlər üzrə orta faiz dərəcəsi manat alətlərilə13,5156%, dollar kreditləri ilə 12,6781% təşkil edib. habelə banklararası kreditləşmənin orta müddəti AZN-də 48 gün olub, belə ki, xarici valyutada (EUR və USD) kreditlərin müddəti 42 günə bərabər olub. 2006-cı ilin 30 dekabrına olan məlumatlara görə, BKB -nın market meykerlərinin ərizələri əsasında birjada hesablanan 90 günlük kreditlərin yerləşdirilməsi (BakIBOR-Baku İnterbank Offered Rate) üzrə orta ölçülü faiz dərəcəsi manat vəsaitləri ilə 15,59% illik, dollar kreditləri üzrə -15,77% illik təşkil edib.

2005-ci ilin sonundakı göstəricilərlə müqayisədə BakiBOR əmsalı manat kreditləri ilə 0,54% qalxıb, dollar kreditləri üzrə 0,43 faiz enib.

Xəbər lenti

Xəbər lenti