...

Dövlət Statistika Komitəsi Azərbaycanın kölgə iqtisadiyyatının həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2007 16:34 (UTC +04:00)

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda qeyri-formal iqtisadiyyat 18-20%-dən çox deyil. Bu barədə Trend xəbər verir.

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin 2006-cı ilin yekunlarına həsr olunmuş bugünkü mətbuat konfransında bildirdiyi kimi, ölkədə kölgə iqtisadiyyatının rəsmi uçotu aparılmır, lakin onun həcmlərin azalması da müşahidə olunmur. Bununla yanaşı, o, beynəlxalq təşkilatların Azərbaycanda 40-50% həcmində kölgə iqtisadiyyatının olması haqqında bəyanatları ilə də razı deyil.

"Adətən qeyri-formal iqtisadiyyatın böyük həcmləri silah və narkotiklərin qanunsuz istehsalı zamanı olur. Birincisi istisna olunur, narkotiklərə isə kiçik həcmlərdə rast gəlinir", - deyə A.Vəliyev qeyd edib.

Onun fikrincə, məsələn, repetitorluq, çörək bişirmə üzrə rəsmi məlumatlar olmadığından, qeyri-formal iqtisadiyyatın uçotunu aparmaq çətindir.

Dövlət Statistika Komitəsi Beynəlxalq Valyuta Fondundan (BVF) qeyri-formal iqtisadiyyatın uçotu üçün yeni milli hesabların tətbiqi üzrə texniki yardım istəyib. Qeyri-formal iqtisadiyyatın hesablanması üçün xüsusi müşahidə, ekspert hesablamaları tələb olunur və bununla bağlı beynəlxalq ekspertlərin yardım etmələri üçün müraciət olunub.

Xəbər lenti

Xəbər lenti