...

BMK Azərbaycanda mənzil maliyyələşdirilməsi üzrə texniki yardım layihəsinin II fazasının maliyyələşdirilməsini öz üzərinə götürüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2007 13:06 (UTC +04:00)

Beynəlxalq maliyyə korporasiyası (BMK) Mərkəzi Asiya və Azərbaycanda mənzil maliyyələşdirilməsi sahəsində BMK-nin texniki yardım layihəsinin ikinci fazasının maliyyələşdirilməsi mənbəyini müəyyən edib.

BMK-nin Bakı nümayəndəsi Aliyə Əzimovanın Trend ə verdiyi xəbərə görə, yardım korporasiyanın öz vəsaitlərindən veriləcək.

Onun sözlərinə görə, bölgə üçün 1,5 il müddətinə təxminən 3 mln. ABŞ dolları ayrılıb.

Layihənin ikinci fazasının fəaliyyətində əsas diqqət regional hesabatda təqdim olunmuş ayrı-ayrı tövsiyyələrin reallaşdırılmasında texniki yardımın göstərilməsinə yönəldiləcək. Səylərin böyük hissəsi ipoteka mənzil kreditlərinin təşkili, rəsmiləşdirilməsi, verilməsi və xidmət göstərilməsi üzrə texnoloji proseslərin bütün mərhələləri üzrə maraqlı olan tərəfdaş-bankların institusional bazasının formalaşması və möhkəmlənməsinə, o cümlədən bununla bağlı sənəd dövriyyəsi, ipoteka sənayesinin ilkin bazarının qəbul olunmuş standartlarının formalaşması perspektivi ilə bağlı olan işlərə sərf olunacaq.

Bununla eyni vaxtda daha zəruri normativ-hüquqi məsələləri və ipoteka sənayesinin (məsələn, daşınmaz əmlakın sərbəst qiymətləndirilməsi üzrə xidmətlər, riyeltor və sığorta xidmətləri və s.) effektiv fəaliyyətini təmin edən baza infrastrukturunun formalaşmasının əsas problemlərini ayırmağı və onların həlli üzrə texniki yardım göstərməyi planlaşdırır.

Ümumilikdə beş ölkəni (Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Azərbaycan) əhatə edən ipoteka kreditləşməsi sahəsinin inkişafı üzrə texniki yardım proqramının fəaliyyətinin birinci fazasının tamamlanması üzrə BMK "İpoteka mənzil kreditləşməsinin ilkin bazarının təhlili" adlı regional hesabat hazırlayıb.

O, dövlət və özəl sektorun tədqiqatlarının nəticələrini əhatə edib.

Layihənin birinci mərhələsi İsveçrənin iqtisadi münasibətlər üzrə Dövlət Katibliyi tərəfindən maliyyələşdirilib. "Özəl sektorun inkişafında tərəfdaşlıq" adlı bu proqram üzrə təşəbbüs ipoteka bazarının inkişafı üçün əlverişli şəraitin yaradılması və orta və aşağı gəlirə malik əhalinin ipoteka kreditləşməsinə çıxışının genişləndirilməsi məqsədilə BMK tərəfindən irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti