...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiyməti 4% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2007 13:44 (UTC +04:00)

2007-ci ilin yanvar ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehal qiymətləri əvvəlki aylarla müqayisədə 4,3%, 2006-cı ilin yanvar ayı ilə müqayisədə 26,6% artıb.

Dövlət Stastistika Komitəsinə istinadən Trend xəbər verir ki, 2006-cı ilin dekabr ayında bitkiçilik, bağçılıq məhsullarının qiymət indeksi 2005-ci ilin dekabr ayı ilə müqayisədə 103,7% təşkil edib. Bu dövr ərzində tərəvəz və bağçılıq məhsullarının qiyməti 3,5%, taxıl məhsullarının qiyməti 4,2%, meyvə və fındıq 2,4% bahalaşıb.

Heyvandarlıq məhsulları üzrə qiymət indeksi 2006-cı ilin dekabr ayı ilə müqayisədə 104,4% təşkil edib. İribuynuzlu mal məhsullarının qiyməti 6,5%, xırdabuynuzlu mal məhsullarının qiyməti 2,5%, diri quş və yumurtanın qiyməti 0,6% artıb. Balıqçılıq təsərrüfatı məhsullarının qiyməti 1,3% artıb.

Xəbər lenti

Xəbər lenti