...

Gəncə şəhər İcra Hakimiyyətinin sahibkarlar arasında keçirdiyi sorğunun nəticələri məlum olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2007 17:18 (UTC +04:00)

Azərbaycan, Gəncə /müxbir Trend V.Məmmədov/ Gəncə şəhər İcra Hakimiyyətinin sahibkarlar arasında keçirdiyi sorğunun nəticələri məlum olub. Bu barədə şəhər İcra Hakimiyyəti aparatı məlumat verib.

Fevralın 20-də şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun sahibkarlarla keçirdiyi görüş zamanı sahibkarların fəaliyyətlərinə yersiz müdaxilələri aşkara çıxarmaq üçün sorğu keçirilib. Sorğuda 500-ə yaxın sahibkar iştirak edib. Onlardan təxminən 30-u şikayətçi olub. Şikayətlər əsasən vergi, polis orqanlarından və məhkəmə sistemindən olub. Maliyyə və özəlləşdirmə idarələrindən isə qismən narazılıqlar olub.

Sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələri aşkara çıxarmaq üçün Gəncə şəhər rəhbərliyi tərəfindən hazırlanmış sorğu vərəqində 13 təşkilatın adı olub. Anketdə Gəncə şəhər və rayon icra hakimiyyətləri aparatları, məhkəmə orqanı, vergi orqanı, maliyyə orqanı, şəhər gigiyena və epidemiologiya mərkəzi, polis idarəsi, ədliyyə sistemi, prokurorluq orqanı, təhlükəsizlik orqanı, standartlaşdırma və metrologiya və bələdiyyə orqanının adlarıı qeyd olunub.

Xəbər lenti

Xəbər lenti