...

AZPROMO Azərbaycanın investisiya imkanlarına həsr olunacaq tədbirlər barədə məlumat yayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2007 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend İ.Xəlilova/ Azərbaycanda ixracın və investisiyaların təşviqi fondu (AZPROMO) 2007-ci il üçün nəzərdə tutlmuş planlar çərçivəsində yaxın zamanlarda keçiriləcək investisiya tədbirləri barədə məlumat yayıb.

AZPROMO-nun cümə axşamı yayılan məlumatına görə martın 13-ü Vyanada (Avstriya), 14-ü Bratislavada (Slovakiya) və aprelin 3-də isə Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) Azərbaycanın investisiya imkanlarına həsr olunacaq seminarlar keçiriləcək.

Vyana və Bratislavada seminarın təşəbbüsçüsu qismində Azərbaycanın Avstriyadakı səfirliyi (Slovakiyada da akkreditə olunmuş), Dubayda isə Azərbaccanının BƏƏ-dəki diplomatik nümayəndəliyi çıxış edib. Səfirliklə yanaşı seminarın təşkilatçıları sırasına Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və AZPROMO daxildir.

Seminar zamanı Azərbaycanın biznes mühiti, energetika, qida, tikinti, digər sənaye və iqtisadi sahələr barədə təqdimatlar keçiriləcək, seminar iştirakçılarına geniş məlumat veriləcək. Səfirlik əməkdaşlarının, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi, AZPROMO və azərbaycanlı iş adamlarının çıxış edəcəyi seminarlar çərçivəsində biznesmenlərlə birbaşa görüşlər və danışıqlar aparılacaq.

Sonuncu belə tədbir isə fevralın 27-də Osloda (Norveç) keçirilib. "Azərbaycanın inkişaf edən iqtisadiyyatında investisiya imkanları" ("Investment opportunities in the growing economy of Azerbaijan") adlanan seminarın təşəbbüsçüsü Azərbaycanın Böyük Britaniyadakı səfirliyi (Norveçdə də akkreditə olunmuş), təşkilatçısı isə Norveç-Azərbaycan Gənclər Təşkilatı (Norwegian-Azerbaijani Youth Organisation) olub.

İş adamları, araşdırma mərkəzləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Rafael İbrahimov və AZPROMO-nun prezidenti Emil Məcidov iştirakçıların suallarını cavablandırıb.

Xəbər lenti

Xəbər lenti