...

Türkiyədə Qars-Tiflis-Bakı layihəsi çərçivəsində sürətli dəmiryol xətti tikilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2007 13:55 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Türkiyə ərazisində Qars-Tiflis-Bakı layihəsi çərçivəsində sürət qatarı üçün dəmiryol xəttinin tikintisi işlərinə başlanıb. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu məlumat verib.

Artıq dəmir yolunun marşrutu müəyyən edilib və yolun tikintisi üçün nəzərdə tutulan sahələrin özəlləşdirilməsi və marşrut boyu yaşayan əhaliyə kompensasiya verilməsi üçün hazırlıq gedir.

Qars-Tiflis-Bakı dəmir yolu nəqliyyat dəhlizinin yaradılması layihəsinə uzunluğu 98 km. olan Qars-Axalkələk dəmir yolu qolunun tikintisi daxildir. Bu dəmir yolunun 68 km-i Türkiyənin, 30 km-i Gürcüstanın payına düşür. Layihənin orta dəyəri 400 milyon dollar məbləğində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti