...

Poti-Bakı-Aktau konteyner qatarı layihəsi regional əhəmiyyət daşıya bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2007 13:21 (UTC +04:00)
Poti-Bakı-Aktau konteyner qatarı layihəsi regional əhəmiyyət daşıya bilər

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycan, Gürcüstan və Qazaxıstan Poti-Bakı-Aktau konteyner layihəsi üzərində işi davam etdirir. Gələn il bu layihə regional əhəmiyyət kəsb edən layihə kimi təqdim oluna bilər. Bu barədə bu gün Azərbaycan Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin rəhbəri Sədrəddin Məmmədov məlumat verib.

Layihəyə Asiyada konteyner yüklərinin əsas yaradıcısı olan Çin maraq göstərir. Çin tərəfi sorğu verib və qatarın iş şərtlərini əldə edib.

Azərbaycan, Gürcüstan və Qazaxıstan nümayiş konteyner qatarı marşrutunun Qazaxıstan və Çinin sərhədində olan Dostıqa qədər uzadılması məsələsini nəzərdən keçirir. Yüklərin daşınmasında vahid tarif bir kilometr hərəkət üçün 1 tona 22 sent tətbiq olunur.

Bu qatar istifadəyə verilərkən Poti-Bakı-Aktau-Alma-Atı marşrutu üzrə işləyib. Qatarın operatoru Black sea transit LTD və Advantage international transport and logistics LTD şirkətləridir.

Konteyner qatarı 24 dekabr 2006-cı il tarixində istifadəyə verilib. Qatar Çin və Avropadan yük göndərişlərinin cəlb edilməsinə şərait yaratmalıdır. Yüklər Bakıdan keçməklə Poti limanından Qazaxıstandakı Aktau limanına və əks istiqamətədə nəql olunur.

Hazırda RF-də qiymətlərin dempinq siyasətinin tətbiq olunması ilə əlaqədar Avropadan Asiyaya və əks istiqamətdə həyata keçirilən konteyner yük axınının təxminən 3-4 faizi Rusiya ərazisindən keçir. Bu, təxminən ildə 150 min konteyner təşkil edir. Azərbaycan, Qazaxıstan və Gürcüstan TRACECA dəhlizi üzrə nəql olunan yüklərin müəyyən hissəsini cəlb etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti