...

Əlcəzairin energetika naziri neftin indiki qiymətini məntiqli hesab edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2007 13:10 (UTC +04:00)

Trend-i buradan izləyin

Əlcəzairin energetika və mədən naziri Şakib Xəlil neftin indiki beynəlxalq qiymətini məntiqli hesab edir və kvotanın ixtisarı üçün heç bir səbəb görmür. "Gələcək hasilatın ixtisarı üçün heç bir səbəb yoxdur. Qiymətlər indi məntiqli və stabildir" - Reuters-in məlumatında onun belə dediyi bildirilir.

RBK .-ın məlumatına görə, 2007-ci il fevralın 1-dən OPEK-in 10 ölkəsi üçün (İraq və Anqola istisna olmaqla) neft hasilatının rəsmi kvotası 25,8 mln barel/gün səviyyəsində müəyyən edilib. 2007-ci il martın 15-də Vyanada təşkilatın üzv ölkələrinin neft nazirlərinin iclasında mövcud hasilatın kartelinin səviyyəsinin saxlanılməsı barədə qərar qəbul edilib. Bununla bərabər Beynəlxalq Energetika Agentliyinin başçısı (BEA) Klod Mandil hesab edir ki, dünya bazarında xammal qıtlığının öhdəsindən gəlmək üçün OPEK nəinki "qara qızıl"ın qiymətini azaltmalı, əksinə artırmalıdır.

Xəbər lenti

Xəbər lenti