Azərbaycan, Bakı/ " müxbir İ.Xəlilova /Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurası süd və süd məhsullarının, habelə təbii şirələrin istehsalı üzrə fəaliyyət göstərən "Milk-Pro" məhdud məsuliyyətli cəmiyyətinə investisiya qoyuluşu barədə qərar qəbul edib. Bu barədə AİŞ-in cümə günü yayılmış məlumatında göstərilib.
Azərbaycan İnvestisiya Şirkətinin ilk investisiya qoyuluşunun məbləği AZN 4.684 mln. manat təşkil edəcək. Tərəflər arasında bağlanacaq müqaviləyə uyğun olaraq investisiya qoyuluşu nəticəsində Azərbaycan İnvestisiya Şirkəti "Milk-Pro" MMC-nin nizamnamə kapitalının 20%-ni əldə edəcək. Avropa Yenidənqurma və İnkişaf Bankının da iştirak etdiyi investisiya layihəsinə görə müəssisənin qarşısında qoyulan əsas məqsədlər Bakı şəhərində təbii südün toplanması və emalı üzrə yeni zavodun inşasından, fəaliyyətdə olan Göyçay süd zavodunun istehsal gücünün artırılmasından, Gürcüstanda müvafiq istehsalatın qurulmasından və məhsulların çeşidinin genişləndirilməsindən ibarətdir.
Niyyət memorandumu AİŞ, AYİB və Milk-Pro arasında bağlanıldığına görə, üçtərəfli səhm müqaviləsi imzalanacaq. Ümumilikdə layihənin qiyməti 11 mln. dollar dəyərləndirilir. AİŞ və Milk-Pronun iştirakı yeni səhm emissiyasının hesabına mümkün olacaq.