...

Bu gün Tokioda Middle East crude-nin neft fyuçerslərinin qiyməti 0,6 % artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2007 17:38 (UTC +04:00)

Tokio əmtəə bazarında (TOCOM) Middle East crude-ın neft fyuçerslərinin qiyməti bu gün artıb. RBK -nın məlumatına görə, TOCOM-un aprelin 3-də keçirilən ticarət sessiyası zamanı may ayı üçün fyuçerslərin rəsmi qiyməti 0,6 % artırılıb və kilolitrə 47,780 (+0,290) min yapon iyeni təşkil edib. Bu isə təxminən 64,39 dollar/barelə bərabərdir. Middle East crude oil Dubay və Oman nefti ilə təmsil olunur və Yaxın Şərq regionunda neft bazarı üçün qiymətli etalon hesab edilir.

TOCOM-da Middle East crude oil-in fyuçersləri 2001-ci ilin sentyabr ayından satılır. Müqavilə hesab xarakterlidir. Fyuçerslər üzrə neftin fiziki tədarükü nəzərdə tutulmayıb. Platts agentliyinin hesablamalarına müvafiiq olaraq, bu günkü məlumata görə, aprelin 2-də Middle East cruden neftinin spot qiyməti 63,39 dollar/barel və ya kilolitr üçün 47,020 min iyen olub.

Xəbər lenti

Xəbər lenti