...

Azərbaycan gömrükçüləri böyük heroin partiyası saxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2007 19:55 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Astara rayon gömrük idarəsinin kontrabanda və gömrük qaydalarının pozulmasına qarşı mübarizə şöbəsi və Astara rayon nəzarət-buraxılış məntəqəsinin birgə apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də böyük heroin partiyası saxlanılıb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 1 kq 516 qram çəkidə olan heroin İrandan gəlmiş Lənkəran rayonu Liman qəsəbəsinin sakini Qasımov Xəmildən müsadirə olunub. Narkotik vasitə Qasımovun idarə etdiyi MAZ markalı yük maşınında gizlədilib.

Xəbər lenti

Xəbər lenti