...

Azərbaycan İqtisadi inkişaf Nazirliyi "Azad iqtisadi zonanın yaradılması" barədə qanun layihəsi üzərində işləri başa çatdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2007 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend U.İsmayılova/ Azərbaycanda "Azad iqtisadi zonanın yaradılması" barədə qanun layihəsi aprel ayının ortalarında hazır olacaq. Bu barədə məlumatı şənbə günü Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov verib.

Nazir müavinin sözlərinə görə, qanun layihəsi Heydər Babayevin rəhbərlik etdiyi nazirlik yanında xüsusi komissiya tərəfindən hazırlanır.

Qeyd edək ki, Azərbaycan prezidenti ölkədə xüsusi iqtisadi zonanın yaradılması barədə fərman imzalayıb. Qərar ölkənin ayrı-ayrı bölgələrinin inkişafı, yeni iş yerlərinin açılması, idarəetmə üzrə müasir təcrübədən istifadə edilməsi məqsədilə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti