...

Azərbaycanın Xanlar rayonunda xarici turistlər üçün yeni pansionat tikilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2007 16:08 (UTC +04:00)

Azərbaycan,Gəncə/müxbir Trend V.Məmmədov/Azərbaycanın Xanlar rayonunun Üçbulaq kəndində xarici turistlər üçün dəyəri 5 mln. manat olan yeni pansionat tikilir. Bu barədə cümə axşamı tikintini üzərinə götürmüş "Avanqard İnşaat" şirkətinin rəhbəri Camal Məmmədov məlumat verib.

Onun sözlərinə görə, tikinti işləri 5 hektar torpaq sahəsində aparılır. Məmmədov qeyd edib ki, turistlər üçün pansionatda 12 kiçik ev, restoran və ikimərtəbəli mehmanxana tikiləcək.

Müxtəlif idman oyunlarının keçirilməsi üçün pansionatda meydançalar tikiləcək.

"Ən əsası burada dincələn turistlər xizəksürmə idman növü ilə məşğul ola biləcək. Üçbulaq kəndində qar praktiki olaraq altı-yeddi ay qalır", deyə Məmmədov bildirib.

Panisionatın 2008-ci ilin yayında istifadəyə verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti