...

Ekspert: "2008-ci ildə Azərbaycanda inflyasiyanın azalması gözlənilə bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2007 15:55 (UTC +04:00)
Ekspert: "2008-ci ildə Azərbaycanda inflyasiyanın azalması gözlənilə bilər"

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Azərbaycandakı inflyasiyanın ən optimal göstəricisi ildə 7-8 faiz olmalıdır. Bu sözləri cümə günü "Neft gəlirlərinin monetar aspektləri və inflyasiya" mövzusunda keçirilən görüşdə İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyib.

Onun fikrincə, dövlət investisiyaları ildə 23-25 faiz, manatın dollara nisbətdə möhkəmlənməsi isə 5-6 faiz təşkil etməlidir. Bu cür göstəricilərdə qeyri-neft ÜDM-in artımı 7 faizə bərabər olacaq.

Mərkəzin proqnozlarına əsasən, 2008-ci ildə inflyasiyanın azalmasını gözləmək olar. Aparılan monitorinqin nəticələrinə görə, bu ilin birinci rübündə inflyasiyanın göstəricisi 6,98 faiz təşkil edib. Ərzaq sektorunda müvafiq göstərici 15,33 faizə, qeyri-ərzaq sektorunda isə 11,83 faizə bərabər olub.

Birinci rübdə inflyasiya göstəricisinin artımı ilk növbədə Azərbaycanın Tarif Şurasının neft məhsullarının daxili bazardakı qiymətlərinin artırılması qərarı ilə bağlıdır. Güman olunur ki, ilin ortalarından inflyasiya göstəricisinə daha çox monetar göstərici təsir göstərəcək.

Xəbər lenti

Xəbər lenti