...

Nazir: "Azərbaycanda üzüm istehsalının həcmi aşağıdır" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2007 15:32 (UTC +04:00)
Nazir: "Azərbaycanda üzüm istehsalının həcmi aşağıdır" (video)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/ Azərbaycanda regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı çərçivəsində təxminən 8 min üzümlük yaradılıb. Bu barədə cümə günü mətbuat konfransında Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov məlumat verib. Bu məqsədlə ölkəyə Avropadan xüsusi sortlar gətirilir.

Nazir hesab edir ki, Azərbaycanda üzüm istehsalının hazırki həcmi aşağıdır, lakin inkişaf üçün yüksək potensial var.

"Bu sahə aqrar sektorun ən gəlirli istiqamətlərindən biridir" - deyə Abbasov bildirib.

2007-ci ildə ölkədə 1200-1500 hektar yeni üzümlük salınıb. Əkilmiş üzüm sortları SSRİ dövrü ilə müqayisədə daha məhsuldardır və üzümçülük biznesinin standartlarına cavab verir.

"Azərbaycanda üzümçülük fəaliyyəti bu gün dinamik şəkildə inkişaf edir. Lakin mənfi hallar da var - keyfiyyətsiz və saxta məhsullar. Bu gün bunlara qarşı xüsusi işçi qrup fəaliyyət göstərir" - deyə nazir bildirib.

Qrup mütəmadi reydlər aparır. Nazirin fikrincə, nəticələri hələ ümidverici adlandırmaq olmaz. "Lakin biz, gələcəkdə işin uğurlu nəticə verəcəyinə ümid edirik" - deyə Abbasov əlavə edib.

Xəbər lenti

Xəbər lenti