Azərbaycan, Bakı / Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Birlikbank" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə cümə axşamı Bakı Fond Birjasının yaydığı məlumatda göstərilib.
Emissiyanın həcmi 600 min manat, bir səhmin nominal dəyəri isə 200 AZN təşkil edir.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində "AzerInterTreyd" MMC çıxış edəcək.