...

Maliyyə nazirliyinin avrobond üzrə tarifləri Azərbaycanın korporativ avro istiqrazları üçün baza olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2007 15:59 (UTC +04:00)
Maliyyə nazirliyinin avrobond üzrə tarifləri Azərbaycanın korporativ avro istiqrazları üçün baza olacaq

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ Bazar ertəsi ölkənin Maliyə Naziriliyinin Sığorta Nəzarəti Şöbəsinin rəhbəri Namiq Xəlilovun verdiyi məlumata görə, Azərbaycan hökumətinin avrobondların yerləşdirilməsi planı Azərbaycanın qiymətli kağızlarının gələcəkdə xarici bazarlara çıxarılması məqsədilə bağlıdır. Onun sözlərinə görə, Maliyyə Naziliyinin tətbiq etməyə hazırlaşdığı avrobond tarifləri Azərbaycanın korporativ avro istiqrazları üçün baza olacaq.

O, bu istiqrazların hansı tariflər altında yerləşdiriləcəyi haqda məlumət verməkdə çətinlik çəkib, belə ki, onlar bazardan asılı olaraq müəyyən olunacaq. Avrobonların yerləşdirilməsinin ilkin müddəti 5 il, həcmi isə 300 mln. dollar təşkil edəcək. Avrobondları 2007-ci ildə yerləşdirmək planı olan Azərbaycan Beynəlxalq Bankının avrobondları dövlətin istiqrazlarının emissiyasından sonra tətbiq edilə bilər.

"Cəlb olunan vəsaitlər konkret layihə ilə bağlanmayıb. Onlar büdcə kəsirinin aradan qaldırılması üçün nəzərdə tutulub və lazım olarsa, dövlət büdcəsindən xərclərin ödənilməsi üçün istifadə olunacaq", -deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti