"Ernst & Young" audit xidmətləri bölməsinə partnyor təyin edilməsini elan edib
Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Aparıcı beynəlxalq şirkət "Ernst & Young" iyulun 1-dən İlqar Vəliyevin audit xidmətləri bölməsində partnyor təyin edilməsini elan edib. Bu barədə şirkətin məlumatında göstərilib.
İlqar MDB-də "Ernst & Young" şirkətinin partnyoru təyin edilmiş ilk Azərbaycan vətəndaşıdır. O, energetika, rabitə, sənaye istehsalı və iqtisadiyyatın digər sahələrində müştərilərə xidmətlərin göstərilməsinə görə məsuliyyət daşıyacaq.
Vəliyev MDB-də "Ernst & Young" şirkətinin bir sıra müştərilərinə audit xidmətləri göstərib. O, BMHS, ABŞ-da ümumiyyətlə qəbul olunmuş mühasibat uçotu prinsipləri, habelə Azərbaycanın mühasibat uçotu prinsipləri üzrə geniş təcrübə toplayıb. Bundan əlavə, Vəliyev Gürcüstanda "Ernst & Young" ofisinin təsis edilməsi və inkişaf etməsində fəal iştirak edib.
İlqar Vəliyev "Ernst & Young" şirkətində 1994-cü ildən çalışır. Firmada karyerası ərzində o, bir il "Ernst & Young" şirkətinin Dünya Enerji Qrupunun Moskva mərkəzində və iki illik müddətə "Ernst & Young" şirkətinin London ofisində Enerji məsələləri üzrə qrupda işləyib. Vəliyev ABŞ-ın diplomlu mühasibidir və Azərbaycan Respublikasında lisenziyalı auditordur.
İlqar Vəliyev qeyd edib ki: "Mən yeni vəzifəyə təyin edilməyimə çox şadam. Bizim region firmanın qlobal təcrübəsi çərçivəsində mühüm əhəmiyyət kəsb edir. Öz işimdə bölgədə fəaliyyət göstərən müştərilərimizə ən yüksək səviyyəli xidmətlərin göstərilməsi məsələsinə xüsusi diqqət yetirəcəyəm".
Ernst&Young" peşəkar xidmətlərin göstərilməsi ilə məşğul olan aparıcı beynəlxalq şirkətdir. Dünyanın 140 ölkəsində çalışan 114 000 nəfərə yaxın əməkdaşı olan şirkətin kollektivi ən yüksək etika, keyfiyyət və peşəkarlıq standartlarını rəhbər tutaraq, müştərilərə "Ernst & Young" şirkətinin audit, mühasibat uçotu, vergi məsləhətləri və əməliyyatlar üzrə məsləhətçi xidmətləri kimi əsas fəaliyyət istiqamətləri üzrə məsələlərin həllini təklif edir. Biz MDB-nin müxtəlif bölgələrində müştərilərin tələblərini nəzərə alaraq xidmət və ehtiyatlarımızı daim genişləndirməkdədir. Firmanın on dörd ofisində (Moskva, Sankt-Peterburq, Novosibirsk, Yujno-Saxalinsk, Yekaterinburq, Almatı, Astana, Atırau, Bakı, Kiyev, Donetsk, Daşkənd, Tbilisi və Minskdə) 3000-dən çox mütəxəssis çalışır.