...

Asiya İnkişaf Bankı "Azerigazbank"ın səhm kapitalında iştirakdan imtina edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2007 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " İ.Xəlilova / "Azerigazbank"ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayevin verdiyi məlumata görə, səhmdar-investisiya şirkəti olan "Azerigazbank" artıq səhmdarlarının tərkibinə Asiya İnkişaf Bankının (AİB) daxil olması məsələsinə baxmır. "Biz AİB ilə tərəfdaş banklar kimi işləməkdə davam edirik. Onların qəbul etdikləri bu qərar barədə bizə bu ilin yazında məlumat veriblər və biz bu qərarla razılaşdıq. Onlar bizimlə səhmdarları özləri olduqları bank kimi deyil, bir tərəfdaş kimi işləmək niyyətindədirlər" - deyə Asədullayev bildirib.

Hazırda Asiya Bankı kiçik və orta sahibkarlığın, ticarət maliyyələşməsinin inkişafı məqsədilə "Azerigazbank" üçün ümumi məbləği 7 mln. dollar olan kredit xətti açıb. "Biz bu istiqamətdə AİB ilə əməkdaşlığı davam etdirəcəyik" - deyə Azərbaycan bankının rəhbəri bildirib.

Bir az əvvəl AİB "Azerigazbank"ın nizamnamə kapitalında səhmlərin 17,5-ni əldə etmək niyyətini bəyan etmişdi. Bu sövdələşmə ötən il "Azerigazbank"da eyni iştirak paketinə malik olan Beynəlxalq Maliyyə Korporasiyası ilə imzalanmalı idi.

Xəbər lenti

Xəbər lenti