...

"Trend Capital"ın eksperti: "Türkiyə hələ ki turizmin inkişaf səviyyəsinə görə Azərbaycanı xeyli geridə qoyur"

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2007 14:20 (UTC +04:00)
"Trend Capital"ın eksperti: "Türkiyə hələ ki turizmin inkişaf səviyyəsinə görə Azərbaycanı xeyli geridə qoyur"

Azərbaycan, Bakı/ Trend /Məzuniyyət dövrü çoxdan başlayıb və aşağıdakı suallar meydana çıxır: hara getməli, nəyə baxmalı və ən əsası istirahətin ucuz başa gəlməsi və yadda qalması üçün nə etməli? Hazırda ən məşhur kurortlar Türkiyənin kurortları hesab olunur, mübaliğəsiz demək olar ki, onlar bütün dünyada məşhurdur: Alaniya, Kəmər, Mərməris, Bodrum, Fəthiyə. Onların məşhur olması heç dəfə təsadüfi deyil.

Misal üçün Nabran qəsəbəsində və ya Novxanıda ongünlük istirahəti Türkiyə kurortlarındakı istirahətlə müqayisə etsək, belə bir nəticəyə gəlmək olar ki, Türkiyəyə putyovka bir qədər ucuz başa gəlir. Belə ki, orta hesabla Türkiyəyə turun dəyəri dörd-beş ulduzlu mehmanxanalar və minimum səhər yeməyinin dəyəri də daxil olmaqla 800-900 dollar təşkil edir (bir həftə -10 gün). Ən ucuz putyovkalar 500 dollar təşkil edir (üç ulduzlu oteldə).

Lakin "alışıb yanan putyovkalar"ın uğurlu alışı zamanı istirahəti 600 dollara əla keçirmək olar, yerli kurort komplekslərində isə bir nəfərin istirahəti sutkada 100-200 AZN-ə başa gəlir.

Qeyd edək ki, bu halda qiymətlər xidmətlərin səviyyəsinə heç də uyğun gəlmir. Turistlər Türkiyənin Avropa standartlarına uyğun kurortlarını seçməklə qənaət etmiş olurlar.

Agentlik həmçinin vaxtı faydalı keçirməyi, görməli yerlərlə tanış olmağı, Sideyə baş çəkməyi, Türkiyə tarixininin dərinliklərinə dalmağı, nekropolu, qədim amfiteatrı, məşhur insanların, məsələn imperator Vespasianın heykəlini seyr etməyi, həmçinin arxeoloji muzeylərə səfər etməyi də təklif edir.

Aktiv həyat tərzini sevən turistlərə kazino, restoran, bar, gecə klubları və bütün dünyada məşhur olan diskotekalar təklif olunur.

Azərbaycanın turist qəbul etmək imkanlarını lazımı şəkildə təbliğ edə və yaxşılşadıra bilməməsi üzündən hər il dövlət böyük sayda potensial turistlər itirmiş olur.

Azərbaycan daha gözəl məkanları daha münasib qiymətlərlə təqdim edə bilər. Yerli turist operatorları hesab edirlər ki, ölkədə turist biznesinin inkişafına müasir infrastrukturun olmaması və mehmanxana, təchiz olunmuş istirahət zonaları kimi əyləncə senayesinin kifayət qədər inkişaf etməməsi mane olur.

Ölkədə mehmanxanalar bağlanır və sökülür, bahalı evlər tikilir. Hazırda Azərbaycanda 250 mehmanxana və pansionat fəaliyyət göstərir və bu kifayət deyil.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi bu vəziyyəti aradan qaldırmaq niyyətindədir. Bu istiqamətdə artıq konkret tədbirlər atılır. Aşağı xidmət səviyyəsinə malik mehmanaxanaları bağlamaq və yerdə qalan mehmanxanaları lisenziyalaşdırmaq planlaşdırılır.

Turist infrastrukturu yaxşılaşdırılır, yeni otellər açılır.

Azərbaycan iqtisadiyyatı turizmdən yalnız 10% gəlir əldə edir. Orta hesabla hər turist ölkədə 800 dollar xərcləyir. Bu kiçik rəqəmdir, lakin Azərbaycan bu rəqəmi artırmaq üçün kifayət qədər potensiala malikdir.

(Leyla Abdullayeva - Trend ın analitik mərkəzinin eksperti)

Xəbər lenti

Xəbər lenti