...

Bank Respublika və AYİB sindikatlaşdırılmış kredit barədə razılaşma imzalayıb(video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2007 21:01 (UTC +04:00)
Bank Respublika və AYİB sindikatlaşdırılmış kredit barədə razılaşma imzalayıb(video)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) cümə günü Bakıda 24 mln. dollar məbləğində sindikatlaşdırılmış kredit və 5 mln. dollar məbləğində mikro, kiçik və orta sahibkarlıq üçün kredit xəttinin ayrılması haqqında müqavilələr imzalayıblar.

Müqaviləni Bank Respublika idarə heyətinin sədri Xədicə Həsənova və AYİB-in maliyyə alətləri üzrə biznes qrupunun rəhbəri Kurt Qeyqer imzalayıb.

Həsənovun sözlərinə görə, sindikatlaşdırılmış kredit haqqında müqavilə Azərbaycanın bank sektorunda ən iri müqavilələrdən biridir.

Bu kreditdə AYİB-lə yanaşı Dresdner Bank (Almaniya), BCP (İsveçrə), Raiffeisen Bank (Avstriya), Erste Bank (Avstriya), Credit Europe (Hollandiya), Indover Bank (Hollandiya) və Cordiant Capital (Kanada) iştirak edir.

Qeyqerin sözlərinə görə, AYIB Bank Respublikanı etibarlı tərəfdaş kimi qiymətləndirir.

"Kredit müqaviləsi banklar arasında əməkdaşlığın yeni mərhələsidir", - deyə Qeyqer bildirib.

Xədicə Həsənova bildirib ki, kredit Azərbaycanın özəl sektorunun inkişafına yönəldiləcək.

Bank Respublika 2004-cü ildən AYIB-lə əməkdaşlıq edir. Bu dövr ərzində biznes kreditləşməsi üzrə Bank üşün 6 kredit xətti ayrılıb.

Hazırda Bank Respublika-nın aktivləri 175,2 mln manat, kredit portfeli 126,5 mln. manat, depozit portfeli 85,6 mln. manat, məcmu kapitalı isə 18,3 mln. manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti