...

Ekspert: "Azərbaycanda ƏDV dərəcəsinin planlaşdırılmış şəkildə aşağı salınması ilə dəyişiklik hiss olunmayacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2007 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ ƏDV-nin faiz dərəcəsinin indi planlaşdırıldığı kimi aşağı salınması ilə dəyişiklik hiss olunmayacaq. Bu barədə çərşənbə axşamı Vergilər Nazirliyinin 2008-ci ildə ƏDV-ni hazırkı 18 faizdən 17,5 faizə salmaqla bağlı niyyətini şərh edən İctimai Maliyyə Monitorinq Mərkəzinin rəhbəri İnqilab Əhmədov bildirib.

"Nəzərə alınsa ki, bu gün ƏDV-nin digər vergilərə nisbətdə xüsusi çəkisi azalır və mənfəət vergisinin xüsusi çəkisi isə əhəmiyyətli dərəcədə artır, yarım faiz azalma vergi ödəyicisi üçün o qədər də əhəmiyyətli deyil" - deyə o bildirib.

Əhmədovun sözlərinə görə, ƏDV-nin yarım faiz azalması hökumət tərəfindən bu vergi növünün tədricən azaldılmasının siyasi nümayişidir.

Qeyd edək ki, daha öncə Azərbaycan Sahibkarlar Konfederasiyası Vergilər Nazirliyinə ƏDV-ni 18 faizdən 14 faizə salmağı təklif edib.

"Hesab edirəm ki, nə vergilərin yığılmasında, nə də biznesin inkişafında əhəmiyyətli dəyişiklik olmayacaq" - deyə o söyləyib.

Xəbər lenti

Xəbər lenti