...

Dəniz Administrasiyası rəhbərinin müavini: "Qazaxıstanda saxlanılan gəmi Azərbaycanın Dövlət Reyesterində qeydə alınmayıb"

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2007 14:33 (UTC +04:00)
Dəniz Administrasiyası rəhbərinin müavini: "Qazaxıstanda saxlanılan gəmi Azərbaycanın Dövlət Reyesterində qeydə alınmayıb"

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ Qazaxıstan sərhədçiləri Xəzər dənizinin ərazi sularında səkkiz qaçaqmalçı saxlayıblar. "Kazinform"un Kazaxıstan Respublikası Milli Təhlukəsizlik Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, saxlanılanların hamısı Azərbaycan vətəndaşıdır. Məlumatda göstərilir ki, saxlanılan gəmi "TBF-58" gəmisidir.

Azərbaycanın Dəniz Administrasiyası rəhbərinin müavini Namiq Ağamalıyevin verdiyi məlumata görə, belə adda gəmi Dövlət Gəmi Reyesterində yoxdur. "Ola bilsin ki, gəmi piratçılıq yolu ilə əldə olunub və bu yolla də istifadə olunur" - deyə Ağamalıyev bildirib.

Ağamalıyevin sözlərinə görə, gəminin üzərində bayraq qanunuz olaraq quraşdırılıb. "Əgər bu gəmi Qazaxıstan tərəfindən buraxılsa, Azərbaycana gələn kimi gəminin heyəti və sahibləri inzibati və cinayət məsuliyyətinə cəlb olunmalıdırlar" - deyə Ağamalıyev qeyd edib.

Ağamalıyevin əvvəllər Trend ə verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə birgə balıqçı gəmilərinin qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə həlledici addımlar atmaq üçün balıqçı gəmilərinin, həmçinin vətəndaşların mülkiyyətində olan gəmilərin Azərbaycan limanına girişi və çıxışını tənzimləyən qanunvericilik aktı qəbul olunmalıdır. Həmçinin Azərbaycanın ərazi sularından kənara çıxan gəmilər üzərində nəzarəti gücləndirmək lazımdır.

Bazar ertəsi, avqustun 13-də saat 21:30-da "Sərdar" sərhəd gəmisinin heyəti tərəfindən keşikçəkmə zamanı Azərbaycan bayrağı altında üzən "TBF-58" gəmisi saxlanılıb. Saxlanma zamanı qanunu pozan şəxslər müqavimət göstəriblər. Gəminin kapitanı təhlükəli manevr edib, kinqstonları açıb gəmini batıracağı ilə hədələyib. Saxlanılan gəmiyə baxış zamanı üç ton nərə balığı və balıq tutmaq üçün "Koloda" tipli alət aşkar olunub. Elə həmin gün Azərbaycan gəmisi Qazaxıstanın Bautino limanına aparılıb.

"Kazinform"un verdiyi məlumata görə, faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti