...

Bakıda binanın uçması nəticəsində xəsarət alanlardan biri evə buraxılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2007 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Bədəlova/ Avqustun 28-də Bakıda tikilməkdə olan 16 mərtəbəli binanın uçması nəticəsində xəsarət alan Rauf Əliyev cümə axşamı sağlam vəziyyətdə kliniki tibbi mərkəzdən evə buraxılıb. Bu barədə Azərbaycanın səhiyyə nazirliyinin məlumatında göstərilib.

Çoxmərtəbəli binanın uçması nəticəsində 4 nəfər xəsarət alıb:

1.Axundov Əvəzağa Bəşirağa oğlu - 24 yaş. Astara. Vəziyyəti orta ağır. (Kliniki Tibbi Mərkəz) 2.Əfəndiyev Vüqar Mirmahmud oğlu - 22 yaş. Xırdalan. Vəziyyəti orta ağır. (Kliniki Tibbi Mərkəz)

3.Əliyev Rauf Bahadır oğlu - 43 yaş. Masazır qəsəbəsi. Vəziyyəti orta ağır. (Kliniki Tibbi Mərkəz) (evə buraxılıb)

4.İbrahimov İbrahim Məhəmmədəli oğlu - 57 yaş. Abşeron rayonu, Saray qəsəbəsi. Vəziyyəti qənatbəxş. (Travmatologiya və ortopediya institutu)

Hadisə nəticəsində 10 nəfər həlak olub:

1. Feyzullayev Arif Məhərrəməli oğlu - 1968-ci il təvəllüd (Astara) (qohumlarına verilib)

2. Babayev Emil Seyfulla oğlu - 1980 -ci il təvəllüd (Astara) (qohumlarına verilib)

3. Feyzullayev Habil Məhərrəm oğlu - 1977 -ci il təvəllüd (Astara) (qohumlarına verilib)

4. Feyzullayev Sakit Adil oğlu - 1982 -ci il təvəllüd (Astara) (qohumlarına verilib)

5. Məhəmmədov Aydın Rəsul oğlu - 1962 -ci il təvəllüd (Qax, Qaşqara kəndi) (qohumlarına verilib)

6. Məhəmmədov Arzu Abbasəli oğlu - 1974 -ci il təvəllüd (Gəncə, İmamzadə qəsəbəsi) (qohumlarına verilib)

7. Məmmədov Fərhad Qədim oğlu - 1964-ci il təvəllüd (Göranboy) (qohumlarına verilmək üzrədir).

8. Razi Elsəvər oğlu - 1978-ci il təvəllüd (Astara, Ərkivan kəndi).

Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizasında hazırda iki naməlum kişi meyiti var. Meyitlər tanınma üçün təqdim olunub.

Xəbər lenti

Xəbər lenti