...

Əmək Müfəttişliyi tikinti obyektlərində kütləvi yoxlanmalara başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2007 12:39 (UTC +04:00)
Əmək Müfəttişliyi tikinti obyektlərində kütləvi yoxlanmalara başlayır

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Şənbə günü Əmək Müfəttişliyinin rəhbəri Nəbi Şükürlünün verdiyi məlumata görə, Azərbaycanıın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi bazar ertəsindən etibarən ölkə üzrə tikinti obyektlərində kütəvi yoxlamalara başlayacaq.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov avqustun 28-də Bakıda 16 mərtəbəli binanın uçmasından sonra müfəttişliyin əməkdaşlari ilə birgə iclas keçirib və müfəttişliyin işindən narazılını ifadə edib.

"Müfəttişlik təkcə sınaq dövründə deyil, sonra da işini davam etdirəcək"-

deyə nazir iclasda bildirib.

Şükürlü bildirib ki, bü gün saat 11:00-da fəaliyyət planının hazırlanması və onun nazirliyə bazar ertəsi təqdim olunması məqsədilə iclas keçirəcək və bundan sonra yoxlamalar başlanacaq.

"Əmək müfəttişliyi bütün tikinti obyektlərində texniki təhlükəsizlik qaydalarına əməl olunması, əmək müqaviləsinin olması və tikintidə xüsusi ləvazimatlardan istifadə olunması ilə bağlı yoxlamalar aparacaq" - deyə müfəttişliyin rəhbəri bildirib.

Hadisə yerindən son məlumatlara görə, 13 nəfər vəfat edib və beş nəfər yaralanıb. İlkin versiyaya əsasən, binanın uçmasına keyfiyyətsiz tikinti materiallarından istifadə olunması, həmçinin texniki təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması olub.

Xəbər lenti

Xəbər lenti