...

Azərbaycanın əmək naziri: "Bakıda bir sıra tikinti şirkətlərinin fəaliyyəti dayandırılacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2007 11:57 (UTC +04:00)
Azərbaycanın əmək naziri: "Bakıda bir sıra tikinti şirkətlərinin fəaliyyəti dayandırılacaq"

Azərbaycan, Bakı / Trend , müxbir A.İsmayılova/ Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun bazar ertəsi verdiyi məlumata görə, yoxlamalar nəticəsində gələn həftə Bakıda üç-dörd tikinti şirkətinin fəaliyyətinə qadağa qoyulması nəzərdə tutulur. Onun sözlərinə görə, 92 şirkətin fəaliyyəti qiymətləndiriləcək.

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi ötən həftədən etibarən texniki təhlükəsizlik qaydalarının yerinə yetirilməsi, əmək müqaviləsinin olması, həmçinin tikintidə iş üçün xüsusi alətlərdən istifadə olunması ilə bağlı tikinti obyektlərində kütləvi yoxlamalara başlayıb.

Avqustun 28-də Bakıda 16 mərtəbəli binanın uçmasından sonra nazir müfəttişliyin əməkdaşları ilə iclas keçirərək müfəttişliyin işindən narazılığını bildirib.

Xəbər lenti

Xəbər lenti