...

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işi dayandırılıb

Energetika Materials 28 Sentyabr 2007 15:31 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işi dayandırılıb

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev, V.Şərifov/ Azərbaycanın yüngül neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə ixracı müvəqqəti olaraq dayandırılıb. "BP Azerbaijan" şirkətindən cümə günü bildirilib ki, kəmərin işi Türkiyənin Qars şəhəri yaxınlığında yerləşən BTC nasos stansiyasında yranan problemlə əlaqədar dayandırılıb.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin birinci nasos stansiyasında yardımçı avadanlıqlarda problem yaranıb. Azərbaycanın Səngəçal terminalından neftin BTC kəmərinə vurulması dayandırılıb" - deyə BP-dən söyləyiblər. Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan kəmərinin giriş flanesi yerləşir.

BP şirkətindən qeyd ediblər ki, kəmərin işi Türkiyə ərazisində BTC-nin operatoru olan "Botas Limited."in xahişi ilə dayandırılıb.

BP-dən bildirilib ki, "Azəri-Çıraq-Günəşli" yatağının "Mərkəzi "Azəri", "Qərbi "Azəri", "Şərqi "Azəri" və "Çıraq" platformalarında neftin hasilatı dayandırılmayıb, lakin nəzərəçarpacaq dərəcədə azaldılıb. "Yataqdan ümumi neft hasilatı 700-730 min bareldən sutkada 160 min barelə qədər azaldılıb" - deyə BP-dən bildirilib. Neft Səngəçaldakı rezervuarlara daxil olmaqda davam edir. Hələ ki, Azərbaycan neftinin Türkiyənin Ceyhan limanındakı rezervuarlarda olan neft ehtiyatları hesabına ixracı davam etdirilir.

BTC kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil olunan neft ixrac olunur. Kəmərin gücü illik 50 mln. ton neft təşkil edir.

BP-də hesab edirlər ki, BTC ilə neftin ixracı bir neçə gün sonra bərpa olunacaq.

Xəbər lenti

Xəbər lenti