...

Azərbaycan neftinin qiyməti qalxıb

Energetika Materials 8 Oktyabr 2007 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend V.Şərifov/ AZERI LT FOB Ceyhan neftinin qiyməti oktyabrın 5-də $78,62/barr. təşkil edib, bu isə əvvəlki qiymətdən $1,28/barr. çoxdur. Bu barədə bazar ertəsi Azərbaycanın Dövlət Neft Şirkətindən məlumat verilib.

AZERI LT CIF Augusta neftinin qiyməti oktyabrın 5-də $79,32/barr. təşkil edib, bu isə əvvəlki qiymətdən $1,28/barr. çoxdur.

Azeri Light növlü neft işlənmə operatoru BP olan Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,8 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,15%-dir.

URAL (EX-NOVO) neftinin qiyməti oktyabrın 5-də $74,83/barr. təşkil edib, bu isə əvvəlki qiymətdən $1,25/barr. çoxdur.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URAL növünü Novorossiysk limanından satır. Azeri Light növü daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL şəklində satılır. URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.

Oktyabrın 5-də Brent Dated neftinin qiyməti $78,92/barr. təşkil edib, bu isə əvvəlki qiymətdən $1,29/barr. çoxdur.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti